ABŞ-da 12 yaşlı oğlan Fullerton Kollecini bitirən ən gənc tələbə olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında yaşayan 12 yaşlı Klovis Hung universiteti bitirib. Universitet həyatını sevdiyini və Fullerton Kollecini bitirən Hung növbəti hədəfinin 16 yaşında pilotluq vəsiqəsi almaq olduğunu qeyd edib.
“Hungun digər tələbələrlə yaş fərqinə görə problem yaşayacağını düşünsəm də, yanıldım. O, digər tələbələrin onu ciddi qəbul etməsi üçün kifayət qədər yetkindir, lakin hələ də kiçik qardaş kimi onu şadlandıracaq qədər gəncdir." – deyə biologiya müəllimi olan professor Kenneth Collins bildirib.
Yerli xəbər agentliyi olan “KABC”yə müsahibəsində Hung yaşlı sinif yoldaşları haqqında suala cavabında "onlar mənə kiçik qardaş kimi davrandılar. İndiyə qədər əldə etdiklərimlə həqiqətən fəxr edirəm" deyib.