<

İkardi Qalatasaraydan gedir? - Həyat yoldaşının açıqlaması azarkeşləri əsəbiləşdirdi

09:46 - 30 May 2023

İkardi Qalatasaraydan gedir? - Həyat yoldaşının açıqlaması azarkeşləri əsəbiləşdirdi

"Qalatasaray"ın ulduzu İkardinin həyat yoldaşı Vanda Nara qatıldığı proqramda hücumçu haqqında təəccüblü sözlər deyib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Naranın açəqlaması ulduz futbolçunun "Qalatasaray"da qalmayacağı ilə bağlı söz-söhbətləri gündəmə gətirib. Argentinada yayımlanan "MasterChef" proqramında İkardinin həyat yoldaşı Wanda Nara San Lorenzo tərəfdarı olan iştirakçı ilə maraqlı dialoqa girib.

"San Lorenzo bu mövsüm yaxşı gedir.Biz daha da yaxşı ola bilərik. Hücumçuya ehtiyacımız var. Bəlkə Mauro İkardini gətirə bilərik" – deyə Lorenzo azarkeşi bildirib. İştirakçı gözlənilməz cavabla qarşılaşıb. Vanda Naranın müsabiqə iştirakçısına "Bəlkə sizin üçün nəsə təşkil edə bilərəm, bilmirəm, bu bir az qəliz mövzudur. Qoy Mauro Avropada qalsın" deməsi Argentinada gündəmə çevrilib.

Qeyd edək ki, Qalatasarayın Fransa nəhəngi PSJ-dən icarəyə götürdüyü İkardi göstərdiyi performansla azarkeşlərin sevimlisinə çevrilib. Bu mövsüm sarı-qırmızılı forma ilə liqada 22 oyun keçirən 30 yaşlı ulduz futbolçu 19 qol vurub, 7 məhsuldar ötürmə edib.

 

Manşet.az


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin