Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlandı

21:57 - 8 Sentyabr 2021

Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlandı

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Heydər Əliyev prospetində qeydə alınıb.

Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov adlı gəncdir. O, polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əkbərova 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilsə də, həbs olunandan sonra 2001-ci ildə bu addan və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib. O, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası almışdı.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin