İsveçrənin Sürix şəhəri yaxınlığındakı evində vəfat edən əfsanəvi müğənni Tina Törnerin ölüm səbəbi açıqlanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, 83 yaşlı "Rokun kraliçası"nın təbii səbəblərdən öldüyü məlum olub.
Əvvəl isə Tinanın xərçəng, insult və böyrək çatışmazlığı kimi xəstəliklər səbəbilə öldüyü güman edilib.
2017-ci ildə sənətçinin ikinci həyat yoldaşı Ervin Baxın böyrəklərindən biri ona nəql edilib.