Almaniya NATO sammitinin təhlükəsizliyini təmin edəcək

22:52 - 26 May 2023

Almaniya NATO sammitinin təhlükəsizliyini təmin edəcək

İyulda Baltikyanı ölkələrin ev sahibliyi edəcəyi NATO sammitinin təhlükəsizliyini Almaniya təmin edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bunun üçün "Patriot" hava hücumundan müdafiə sistemlərini Slovakiyadan Litvaya köçürəcək.

Almaniya alyansın tələbi ilə NATO liderlərinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək görüşünün təhlükəsizliyini təmin etmək üçün quru, hava və dəniz əsaslı vəsaitlər tədarük edəcək.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin