“Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar”
24 Noyabr 2024
19:27 - 8 Sentyabr 2021
Cari ilin ilk altı ayında ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatının maliyyələşdirilməsi təmin
edilib.
Manşet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Məlumata görə, bu vəsaitdən avtomobil yollarının layihələndirilməsi, tikintisinə, yenidən qurulmasına, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə və digər kommunikasiya xətlərinin yenidən qurulması, layihələndirilməsi yönəldilib. Eyni zamanda Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı Kənd”-in layihələndirilməsi və tikintisinə üçün Kənd Təsrrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait yönəldilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin