ABŞ-da təxminən 27 ton ammonium nitrat, həm gübrə kimi, həm də partlayıcı maddələr hazırlamaq üçün istifadə edilən kimyəvi maddə aprel ayında dəmir yolu ilə göndərilərkən itib və hələ də tapılmayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mayın 10-da dəmir yolu qəzaları üçün təcili çağırış mərkəzi olan Milli Müdaxilə Mərkəzinə edilən bildirişdə vaqonun aprelin 12-də Vayominqdən yola düşdüyü və Kaliforniyaya boş gəldiyi bildirilib.
Şirkət, maddənin yükləndiyi vaqonun Vayominq ştatının Çeyenn şəhərindəki istehsal müəssisəsindən çıxarkən tamamilə kilidləndiyini və Kaliforniya ştatının Saltdale şəhərinə çatdıqda kilidi açılmadığını iddia edib.
“İlkin qiymətləndirmələrə görə, səyahət zamanı vaqonun aşağı girişindən sızma ola biləcəyi güman edilir”, - deyə şirkətdən bildirilib.
Manşet.az