"Azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir" - Prezident

11:17 - 26 May 2023

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir: "Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır".

Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin