Göygöldə selin apardığı 2 nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO

10:40 - 26 May 2023

Göygöldə selin apardığı 2 nəfər kəndə istirahətə gəliblərmiş - VİDEO

Göygöl rayonunun Topalhəsənli kəndində selin apardığı iki nəfər ora istirahət məqsədi ilə gediblərmiş.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, onlar oradakı istirahət mərkəzində yeyib-içiblərmiş.

Həmin vaxt Gəncə çayında sel baş verib və 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov itkin düşüblər.

Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, daşqınlar zamanı yeddi avtomobilə ziyan dəyib. 50-dən çox mal-qara tələf olub.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin