Ad günü hədiyyəsi həyatı bahasına başa gəldi: Yeni yaşını qeyd edərkən həyatını itirdi

10:21 - 26 May 2023

Ad günü hədiyyəsi həyatı bahasına başa gəldi: Yeni yaşını qeyd edərkən həyatını itirdi

Braziliyada 54 yaşlı qadının başına qorxunc hadisə gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadına naməlum şəxs tərəfindən ad günü üçün zəhərli olduğu düşünülən şokoladlar göndərilib. Həmin şokoladları yedikdən sonra o, özünü pis hiss etməyə başlayıb.

Rio-de-Janeyroda xəstəxanaya aparılan qadının xəstəxanaya çatmadan dünyasını dəyişib. Ailəsi onun qəsdən zəhərləndiyini güman edir.

Polis zəhərlənmə iddialarını araşdırır və şokoladların analizinin 30 gün ərzində tamamlanacağı gözlənilir.

Manşet.az


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin