Snayperlərin atış təlimi keçirildi - FOTO

10:14 - 26 May 2023

Snayperlərin atış təlimi keçirildi - FOTO

Quru Qoşunlarının 2023-cü il üzrə hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

 

Manset.az xəbər verir ki, əvvəlcə hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Təlim sahəsində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən peşəkarlıqla icra olunub.

Keçirilən təlim atış çalışmalarının əsas məqsədi düzgün nişanalma qaydalarına əməl etməklə hədəflərin dəqiq atəşlə məhvetmə qabiliyyətinin artırılmasıdır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin