“Ərdoğanla aramızda heç bir anlaşma olmadı” - Sinan Oğan

08:51 - 26 May 2023

“Ərdoğanla aramızda heç bir anlaşma olmadı” - Sinan Oğan

“Verdiyimiz bəyanatda Prezident Ərdoğanla aramızda heç bir anlaşmanın olmadığını bildirdik”.

Manset.az  xəbər verir ki, bunu Türkiyədə “ATA İttifaqı”nın prezident postuna keçmiş namizədi Sinan Oğan TRT-nin canlı yayımında deyib.

“İnsanlar o qədər müxtəlif ssenarilər yazır ki, onların təxəyyülünə heyranam. Bu, anlaşma deyildi. Görüşdə Türk Dövlətləri Təşkilatını müzakirə edik. Həmçinin, qaçqınların geri qaytarılması planı ətrafında fikir mübadiləsi apardıq.

Təbii ki, bunlar bizim üçün həssas məqamlardır. Bundan başqa Türkiyənin daha güclü olması üçün nələr edilə bilər və bizim necə töhfə verə biləcəyimiz kimi mövzulardan da danışdıq”, - deyə Oğan bildirib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin