Azərbaycan və Serbiya arasında memorandum imzalandı

22:30 - 25 May 2023

Azərbaycan və Serbiya arasında memorandum imzalandı

Milli Məclisin sədri Sahibə Qafarovanın Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb.

 

Bu barədə Manset.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sənədi Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç imzalayıblar.

İki ölkənin parlament rəhbərləri bu memorandumun münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyinə inamlarını ifadə ediblər.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin