Rusiya və Ukrayna yenidən əsirləri dəyişdirdi

20:42 - 25 May 2023

Rusiya və Ukrayna yenidən əsirləri dəyişdirdi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi prosesi həyata keçirilib.

 

Bu barədə Manset.az Sözcü-yə istinadən xəbər verir.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak sosial media hesabında verdiyi açıqlamada Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi aparıldığını bildirib.

Yermak qeyd edib ki, 8-i zabit olmaqla 106 Ukrayna əsgəri azad edilib.

Ukraynaya qayıdan əsgərlərin ümumiyyətlə Bəhmut istiqamətində xidmət etdiklərinə diqqət çəkən Yermak qeyd edib ki, sərbəst buraxılanların çoxu itkin hesab edilib Bu insanların yaxınları çətin prosesdən keçib.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin