İstanbulda məşhur ticarət mərkəzində YANĞIN

20:06 - 25 May 2023

İstanbulda məşhur ticarət mərkəzində YANĞIN

İstanbulda məşhur alış-veriş mərkəzində yanğın baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə "İstinyePark" AVM-in sosial media hesabında məlumat yayılıb.

"Bu gün saat 17:00 radələrində ticarət mərkəzimizin çöl hissəsindəki reklam lövhəsində baş verən yanğın qısa zamanda nəzarətə götürülərək söndürülüb. Bu müddət ərzində yanğın nə ticarət mərkəzinin içərisinə, nə də ziyarətçilərimizə təsir göstərməyib. Yanğın zamanı lazımi təhlükəsizlik tədbirləri görülüb, ekoloji təhlükəsizlik təmin edilib. Ziyarətçilərimiz inamla alış-verişlərinə davam edirlər", - məlumatda deyilir.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin