Mətbuat konfranslarının və məşqlərin vaxtı məlum oldu

19:16 - 25 May 2023

Mətbuat konfranslarının və məşqlərin vaxtı məlum oldu

İyunun 3-də keçiriləcək Azərbaycan Kubokunun final qarşılaşmasından əvvəlki hazırlıq məşqləri və mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Manset.az  Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, tədbirlərin başlama vaxtları belə müəyyənləşdirilib:

2 iyun, saat 17:30 - Laurentsiu Regekampfın mətbuat konfransı;

2 iyun, saat 18:00 – “Neftçi” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq);

2 iyun, saat 19:30 - Elmar  Baxşıyevin mətbuat konfransı;

2 iyun, saat 20:00 – “Qəbələ” komandasının oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq)

İyunun 3-də “Bakcell Arena”da baş tutacaq final qarşılaşmasına saat 20:00-da start veriləcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin