Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda əvvəlcə ABŞ senatorları Kris Mörfi və Qari Pitersi, daha sonra isə Azərbaycan Milli Assambleyasının sədri Sahibə Qafarovanı qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vuçiç Görüşlərdən sonra sosial media hesabından açıqlama verib. O, Serbiyanın həm ABŞ, həm də Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.
Serbiya lideri Sahibə Qafarova ilə ikitərəfli əlaqələri müzakirə etdiklərini, iqtisadiyyat və digər sahələrdə faydalı ola biləcək situasiyaları dəyərləndirdiklərini açıqlayıb.
Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istədiklərini vurğulayan Vuçiç bunun iki ölkə vətəndaşlarının da marağında olacağını bildirib.
Manşet.az