Aİ bu ölkənin 200 milyard avrodan çox aktivlərini dondurdu

15:58 - 25 May 2023

Aİ bu ölkənin 200 milyard avrodan çox aktivlərini dondurdu

Avropa Komissiyasının sözçüsü Kristian Viqand Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin müharibə səbəbiylə indiyə qədər dondurduğu Rusiya Mərkəzi Bankının aktivləri ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqına üzv olan 27 ölkə müharibə səbəbilə bu günə qədər Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivlərini dondurub.

Aİ-nin 10-cu sanksiya paketi çərçivəsində üzv ölkələrdəki qurumların Rusiya Mərkəzi Bankının bloklanan aktivləri və ehtiyatları ilə bağlı mayın 12-dək Aİ Komissiyasına məlumat vermək məcburiyyətində olduğunu xatırladan Viqand, “Aİ-yə üzv dövlətlər Komissiyaya təqdim edilən Rusiya Mərkəzi Bankının 200 milyard avronu aşan aktivlərini dondurduqlarını bildirdi” – deyib.

Ukraynaya vurduğu zərərin əvəzini Rusiyanın ödətdirməkdə qərarlı olduqlarına diqqət çəkən Viqand, bu mövzuda işlərin intensiv şəkildə davam etdiyini bildirib.

Rusiyanın Ukraynadakı dondurulmuş aktivlərinin istifadə variantlarından birinin də Rusiya Mərkəzi Bankının qaynaqları olduğunu ifadə edən Viqand, bu aktivlərin faizinin Ukrayna üçün istifadə oluna biləcəyini bəyan edib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin