Aytən Niftəliyeva və qızının ölümü ilə bağlı petisiya başladıldı

16:24 - 8 Sentyabr 2021

Aytən Niftəliyeva və qızının ölümü ilə bağlı petisiya başladıldı

Aytən Niftəliyeva və qızının ölümü ilə bağlı petisiya başladıldı

Bakı sakini Aytən Niftəliyeva və onun 3 yaşlı qızı Tahirə Niftəliyevanın faciəvi ölümü ilə bağlı petisiya başladılıb.

Manset.az xəbər verir ki, bu barədə Ölkə.Az-a A.Niftəliyevanın qardaşı İlkin Süleymanov məlumat verib. O, qarşı tərəfin məsələni ört-basdır etməyə çalışdığını iddia edib.

İ.Süleymanov vətəndaşları qurbanın ailə üzvlərini qınamaqdansa, onlara dəstək olmağa çağırıb.

Xatırladaq ki, rəsmi məlumata görə, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər. 

Aytən Niftəliyevanın ailəsi isə hadisəni intihar yox, qətl kimi qiymətləndirir və bunda onun həyat yoldaşı Rəhman Niftəliyevi ittiham edir. A.Niftəliyevanın anası Mehriban Süleymanova kürəkəninin qızını mütəmadi döydüyünü və ölümünə səbəb olduğunu bildirib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin