Aparatın içərisində gizlədilən 300 kiloqramdan çox narkotik vasitə ələ keçirildi

15:30 - 24 May 2023

Aparatın içərisində gizlədilən 300 kiloqramdan çox narkotik vasitə ələ keçirildi

Avstraliya Sərhəd Polisi (AFP) böyük bir hidravlik pres maşınının içərisində gizlədilmiş 300 kq-dan çox metamfetamin ələ keçirdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, narkotik olaraq istifadə edilən metamfetaminin satış dəyərinin 273 milyon Avstraliya dolları olduğu bildirilib. AFP-nin açıqlamasında, "AFP Meksikadan göndərilən 300 kiloqramdan çox metamfetaminin ehtiyatla gizlədilmiş idxalının arxasında duran beynəlxalq cinayət təşkilatını müəyyən etmək üçün kəşfiyyat məlumatı axtarır. Narkotiklər 18 aprel 2023-cü ildə gəmi ilə Yeni Cənubi Uelə çatan polad hidravlik presin içərisində gizlədilib" - deyilir.

AFP rəsmiləri, poladdan hazırlanmış pres maşınına ilk baxış keçirdikləri zaman poladın sıxlığına görə dəqiq nəticə əldə edə bilmədiklərini və əlavə araşdırmalar apararkən maşının ortasında gizlədilmiş narkotik maddəni aşkar etdiklərini bildiriblər.

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv