Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu BƏYAN ETDİ

12:52 - 8 Sentyabr 2021

Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu BƏYAN ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb.

Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin bugünkü iclasında danışıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladıb:

“Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük. Eləcə də avtomobil və dəmir yollarının bərpası məsələsi var. Biz daha geniş kontekst ala biləcək belə danışıqlara hazırıq”, - Baş nazir qeyd edib.

N.Paşinyan bu məsələdə Rusiya, Avropa İttifaqı, Fransa və ABŞ, Çin və Hindistanın da maraqlı olduğunu vurğulayıb.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin