Nigeriyada heyvandarlıq və əkinçiliklə məşğul olan fermerlər arasında zaman-zaman qarşıdurmaların yaşandığı Benue əyalətində 18 kəndli həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Benue əyalətinin İye kəndində şəxsiyyəti hələlik müəyyən edilməyən silahlılar tərəfindən hücum təşkil edilib. Hücum zamanı 18 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Nigeriyanın şimalında tez-tez heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli qarşıdurmalar baş verir. Köçəri Fulanilər iddia edirlər ki, fermerlər heyvanlarını oğurlamağa çalışır və onlara hücum edirlər.
Manşet.az