Azərbaycanda vaksin vurdura bilməyənlər COVID pasportunu necə alacaqlar? — VİDEO

09:19 - 19 İyun 2021

Azərbaycanda vaksin vurdura bilməyənlər COVID pasportunu necə alacaqlar? — VİDEO

Xroniki xəstəliyi və qan xəstəliyi olan şəxslərə vaksinlə bağlı əks göstəriş ehtimalı var.  Müəyyən xəstəliklər də var ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin    birdəfəlik sağalmaq ehtimalı da azdır.  Bu səbəbdən onlar ümumiyyətlə vaksin vurdura bilməyəcəklər. Bəs bu şəxslər COVID-19 pasportunu necə ala bilərlər?

Manşet.az xəbər verir ki, müəyyən xəstəlik səbəbindən peyvəndin əks göstəriş vermə ehtimalı olan şəxslərə vaksin vurulmur. Bu da onlar üçün müəyyən məhdudiyyətlərin yaranmasına səbəb olur. Çünki xarici ölkələrə getmək və qapalı məkanlarda göstərilən bəzi xidmətlərdən istifadə etmək istəyən vətəndaş ya vaksin vurdurmalıdır, ya da immunitet sertifikatına malik olmalıdır. Üstəlik, yaxın vaxtlarda toyların təşkilinə icazə veriləcəyi, ancaq belə məclislərdə də yalnız vaksin sertifikatlı şəxslərin iştirak edə biləcəyinə dair məlumatların yayılması xroniki xəstəliyi səbəbindən vaksin vurdura bilməyənlərdə çaşqınlıq yaradıb.nfeksionist-həkim Vüqar Cavadzadə bildirir ki, müəyyən xəstəliklərin daşıyıcısı olan vətəndaşlara vaksin tövsiyə olunmur. Ölkəmizdə belə ağır xəstəliklərdən əziyyət çəkən kifayət qədər insan var.İnfeksionist-həkimin sözlərinə görə, bəzi xəstəliklər var ki, üzərindən müddət keçməsindən asılı olmayaraq, sağalma ehtimalı yoxdur. Və ya elə xəstəliklər də var ki, müalicəsi illərlə davam edir. Məhz buna görə də vaksinə qarşı əks göstərişi olan şəxslər üçün ayrıca sənəd təyin edilməlidir.

Qeyd edək ki, ölkəmizdə hazırda xəstəliyə yoluxub sağalanlara "immunitet sertfikatı", vaksin olunanlara isə "COVİD-19 sertfiikatı" verilir. Vaksinin əks göstəriş vermə ehtimalı olan şəxslər üçün isə hər hansı sənədin tərtib olunub-olunmayacağını isə Nazirlər Kabineti yanında Operativ Qərargah müyyən ediləcək.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin