Avstraliyanın Kvinslend əyalətinə axşam saatlarında düşən meteor səmanı işıqlandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, meteorun düşmə anı şəhərin bir çox yerində görünüb. Meteor atmosferdə yanmağa başlayan kimi onun buraxdığı işıq səmanı işıqlandırıb.
Avstraliya Milli Universitetindən (ANU) astrofizik Bred Takker, meteorun böyüklüyünün yarım metr ilə 1 metr arasında olduğunu təxmin etdiklərini bildirib.
Rəsmilərdən məsələ ilə bağlı açıqlama verilməyib.
Manşet.az