Bakı Limanının imkanları Çində təqdim edildi

10:50 - 8 Sentyabr 2021

Bakı Limanının imkanları Çində təqdim edildi

Çinin paytaxtı Pekində keçirilən “Azərbaycanda investisiya və ticarət” seminarında Bakı Limanının imkanları təqdim edilib.

Manset.az bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, seminar Pekində davam edən Çin beynəlxalq xidmət ticarəti sərgisi (CIFTIS) çərçivəsində baş tutub. İqtisadiyyat Nazirliyinin və CIFTIS təşkilat komitəsinin dəstəyi, Azərbaycanın Çindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə keçirilən seminarda Çinin dövlət qurumlarının məsul işçiləri və iş adamları iştirak edib. Seminarda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktorunun baş müşaviri Rəşad Kərimovun Çin dilində video çıxışı təqdim edilib. Çıxışda, Bakı Limanının strateji yerləşmə mövqeyi, texniki imkanları, gələcək inkişaf fazası, perespektivləri barədə məlumat verilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin