İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

09:40 - 19 May 2023

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbə bütün dünyaya ölkəmizin gücünü - qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bu tarixi qələbə onu sübut etdi ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək iqtidarındadır.  Bu gün Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam etdirilir. Həmin ərazilərdə yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. Görülən işlər onu deməyə əsas verir ki, 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Millət vəkili Ceyhun Məmmədov Manset.az-a açıqlamasında bildirir ki,  bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri sürətlə həyata keçirilir:

Bütün təxribatların qarşısı alınacaq” - Millət vəkili Ceyhun Məmmədov |  KONKRET

“Bu gün artıq Zəngilanlı insanlarımız qayıdıb, Zəngilanda insanlar yaşayır, Zəngilana həyat qayıdıb. Əsas bu gün Cəbrayılda, Ağdamda, Füzulidə böyük işlər görülür, qəsəbələr salınır, kəndlər salınır. Yeni infrastruktur layihələri icra olunur. Hesab edirəm ki, bu gün bu işlər ən yüksək səviyyədə Cənab Prezidentin rəhbərliyi ilə icra olunur və həyata keçirilir. Həmçinin Ermənistan sərhədinə kimi dəmiryolu xətti çəkilir. Bu gün avtomobil yolları sürətlə çəkilir. Bu yollar da deyə bilərik ki, artıq hazırdır. Bu gün bu istiqamətdə görülən işlər dövlət səviyyəsində uğurla həyata keçirilir. Bu gün biz deyə bilərik ki, tezliklə Qarabağ ən abad, ən gözəl bölgələrdən birinə çevriləcək”.

Millət vəkili qeyd edir ki, Azərbaycan bütün bu işləri öz imkanları hesabına həyata keçirir:

“Heç bir ölkədən, heç bir dövlətdən, heç bir yerdən maliyyə yardımı almadan. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda güclü iradə var. Cənab prezidentin prinsipiallığı ilə axır 2 ildən bir az artıq müddətdə çox mühüm layihələr həyata keçirilir. Bu gün Qarabağ ən mükəmməl formada, sürətlə bərpa olunur. İnsanlarımız da bu bölgəyə qayıtmağa hazırdırlar. Mərhələli şəkildə oraya köçürülmə işləri həyata keçirilir. Bu da onu deməyə əsas verir ki, həqiqətən də Qarabağ qurulur, bərpa olunur. Azərbaycanın "Böyük Qayıdış"ı çox sürətlə həyata keçirilir. Bu gün bizim ərazilərimiz ən yaxşı formada bərpa olunur və bizim insanlarımız ən mükəmməl formada bizim insanlarımızın buraya qayıtması üçün zəruri tədbirlər həyata keçirilir”.

 

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Gülçin Nağıyeva

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin