Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATLARI - VİDEO

07:49 - 8 Sentyabr 2021

Azərbaycanda 13 və 15 yaşlı qızların ölümünün ŞOK TƏFƏRRÜATLARI - VİDEO

Ötən gün Ağdaşda 2 yeniyetmə qızın su kanalında boğularaq ölməsi müzakirələrə səbəb olub.

Manset.az xəbər verir ki, yaxınları onların intihar etməsinə inanmır. 

Suda boğuldular yoxsa intihar  etdilər ?

Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında 15 yaşlı  Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızı boğulub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Arifə və Fatimənin meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yeniyetmələrin intihar edib etməməsini onların yaxınları da bilmir.Fatimənin dayısı Vüsal Zeynalov deyir ki, bacısı qızı hətta məktəbə hazırlıq işlərini də görüb.

Baş Prokurorluqdan isə bildirilib ki, sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki kanalında 2 nəfərin  meyitinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.Faktla bağlı  rayon prokurorluğunda  özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

 


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin