Gəncədə kafeyə partlayıcı maddə atıldı

21:06 - 20 May 2023

Gəncədə kafeyə partlayıcı maddə atıldı

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Müvafiq araşdırmalar aparılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin