Argentina yığması Uruqvaya qalib gəldi

09:06 - 19 İyun 2021

Argentina yığması Uruqvaya qalib gəldi

Braziliyada Amerika-2021 kubokunun A qrupunun ikinci turunun Argentina və Uruqvay yığmaları arasında matçı keçirilib.

Manşet.az  xəbər verir ki, görüş Argentina yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentinalıların qələbə qolunu 27 yaşlı yarımmüdafiəçi Qvido Rodriqes 13-cü dəqiqədə vurub. O, hücumçu Lionel Messinin ötürməsini uğurla başa çatdırıb

Beləliklə, Argentina yığması iki matçda dörd xal yığaraq, A qrupunun yarış cədvəlində Çili komandası ilə birinci yeri bölüşür. Turnir cədvəlində ilk üçlüyü aktivində 3 xal olan Paraqvay yığması qapayır. Uruqvay və Boliviyanın xalları yoxdur.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin