ABŞ-nin bu ştatında TikTok qadağan edildi

21:10 - 18 May 2023

ABŞ-nin bu ştatında TikTok qadağan edildi

Montana ABŞ-də Çin sosial media platforması TikTok-u “təhlükəsizlik narahatlığı” səbəbi ilə qadağan edən ilk ştat olub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Montana qubernatoru Qreg Gianforte “ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq səbəbiylə” TikTok-u qadağan edən qanun layihəsini imzalayıb.

2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni dövlət qanununun pozulması halında TikTok tətbiqini təklif edən “Google Play Store” və “App Store” kimi platformalar gündə 10 min dollara qədər cərimə ödəməli olacaq.

Qeyd edək ki, dekabrın sonunda qanun imzalayan ABŞ Prezidenti Co Bayden, federal hökumətin hüquq-mühafizə, milli təhlükəsizlik və təhlükəsizlik araşdırmaları məqsədləri üçün məhdud istisnalar olmaqla, təxminən 4 milyon dövlət məmurunun TikTok-un korporativ cihazlarda istifadəsini qadağan edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin