Ərdoğandan Əfqanıstanla bağlı KRİTİK AÇIQLAMA

22:18 - 7 Sentyabr 2021

Ərdoğandan Əfqanıstanla bağlı KRİTİK AÇIQLAMA

"Biz Kabil hava limanında Qətərin də fəaliyyətinə əvvəlcədən müsbət yanaşmışıq. Biz bu hava limanındakı fəaliyyətimizlə bağlı müsbət mövqeyimizi qoruduq, qoruyuruq”

Manşet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisek ilə birgə keçirilən mətbuat konfransında deyib.

R.T.Ərdoğan qeyd edib ki, hazırkı vəziyyətdə Əfqanıstanda qazanılan nailiyyətlər Türkiyənin nəzarətində deyil:

"Proseslər Türkiyənin prinsiplərinə uyğun istiqamətdə davam edərsə, o halda Qətərin fəaliyyəti də əsas olmaqla Türkiyə öz müsbət mövqeyini ortaya qoyar”.

"Taliban” hərəkatının Əfqanıstanın yeni hökumətinin tərkibini elan etməsi məsələsinə toxunan Türkiyə Prezidenti bu hökumətin nə qədər davam edəcəyinin müəyyən olmadığını vurğulayıb: 

"Bu hökumətin nə qədər davam edəcəyini bilmirik, hər halda daimi olduğunu demək çətindir. Biz bu prosesi diqqətlə izləyirik. Ümid edirəm ki, bütün Əfqanıstan xalqı üçün yaxşı olacaq.


Xəbər xətti

7 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin