Kürdəmirdə ağır yol qəzası - Xəsarət alanlar var

09:03 - 19 İyun 2021

Kürdəmirdə ağır yol qəzası - Xəsarət alanlar var

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.

Mingəçevir şəhər sakini, 36 yaşlı Mirzəyev Vasif Valeh oğlu “Opel” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq, beton lövhəyə çırpılıb. Hadisə zamanı 3 nəfər – sürücü, sərnişinlər: Mingəçevir şəhər sakini, 61 yaşlı İsmayılova İradə Məmməd qızı və Şəki rayon sakini, 42 yaşlı Məmmədov Kamran İmran oğlu müxtəlif ağır xəsarətlər alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin