Heydər Əliyev prospektindəki dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
7 Noyabr 2024
21:17 - 7 Sentyabr 2021
"Barselona" prezidenti bir müddət əvvəl futbol dünyasını "silkələyən" Avropa Super Liqası turniri ilə bağlı yeni açıqlama verib.
Manşet.az "Offsideplus.az" istinadən xəbər verir ki, məsələni yenidən gündəmə qaytaran "Barselona" klubunun prezidenti Xuan Laporta "Esports3" televiziyasında qonaq olduğu verilişdə sözügedən layihənin hazırda da gündəmdə olduğunu və UEFA-nın bu turniri əngəlləmək üçün heç bir şey edə bilməyəcəyini deyib.
O, 3 klubun - "Real", "Yuventus" və "Barselona"nın Avropa Super Liqasına hələ də tam dəstək nümayiş etdirdiyini dilə gətirib.
"Bu layihənin həyata keçirilməsini əngəlləmək istəyən UEFA heç bir şey edə bilməz. İngiltərə klublarına edilən yatırımlar nəticəsiz qaldı. Bu turnir klublara önəmli faydalar verməklə yanaşı dünyanın ən maraqlı futbol yarışı olacaq", - deyə Laporta bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin