Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı - FOTOLAR

17:13 - 17 May 2023

Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı - FOTOLAR

"Sizdən xahiş edirəm ki, təbii qaza olan borcuma görə əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacımdan tutulma hissəsini 50 faizdən 30 faizə endirəsiniz".

 

Manset.az xəbər verir ki, bu sözləri Kürdəmir rayonunun Böyük Kəngərli kənd sakini Mahir Əsədov "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüş zamanı bildirib. SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Rəşad Cavadov aksiyada ünvanlanan hər bir müraciətin aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdıraraq vətəndaşları görüşdə fəal iştirak etməyə çağırıb. Sakinlər uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsi, qaz sayğacının əvəzlənməsi, istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsində güzəşt olunması ilə bağlı müraciətlər ünvanlayıblar. Səsləndirilən hər bir müraciət Rəşad Cavadov tərəfindən cavablandırılıb, araşdırılması üçün müvafiq tapşırıq verilib.

Qeyd edək ki, aksiyada Birliyin rəhbər şəxsləri ilə yanaşı, Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul şəxsləri də iştirak edib.

Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı -  FOTOSakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı -  FOTO
Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı -  FOTO
Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı -  FOTO
Sakinlərin qaz təchizatı ilə bağlı suallarını baş direktorun müavini cavablandırdı -  FOTO


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin