Azərbaycanda koronavirusa görə YENİ QADAĞA - 19 İYUNDAN BAŞLAYARAQ...

01:05 - 19 İyun 2021

Azərbaycanda koronavirusa görə YENİ QADAĞA - 19 İYUNDAN BAŞLAYARAQ...

Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Manşet.az  xəbər verir ki,  20 iyun - bazar günü isə Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişin daşımaları adi rejimdə yerinə yetiriləcək.

Həmin gün futbol üzrə Avropa çempionatının Bakıda növbəti oyunu keçiriləcək. A qrupunda Türkiyə yığması İsveçrə millisi ilə qarşılaşacaq. Bununla əlaqədar müntəzəm marşrut xətləri üzrə sərnişin avtobusları bazar günü adi rejimdə işləyəcək.

Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu - iyunun 19-u və 20-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin