Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
00:12 - 19 İyun 2021
Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.
Manşet.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.
Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.
Ermənistan parlamentinə növbədənkənar seçkilər 20 iyunda, ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin