COP29-a gələn turistlər Bakı haqqında nələr danışdı? - VİDEO
14 Noyabr 2024
16:58 - 7 Sentyabr 2021
“Mən heç vaxt 700 balı Azərbaycan təhsilinin keyfiyyət göstəricisi hesab etməmişəm”.
Manset.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə builki qəbul imtahanında balların aşağı düşməsinin ötənilki distant təhsillə əlaqəli olub-olunmaması ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, hələ ki qəbul balları ilə bağlı təhlil aparılmayıb. Bilinən odur ki, bu il maksimal sayda insan tələbə adını qazanıb: “Düşünmürəm ki, bir neçə nəfər 700 bal yığanda təhsilimiz həmin il keyfiyyətli, ondan əvvəl daha az keyfiyyətli olur. Nə onlar olmayanda təhsili keyfiyyətsiz, nə də olanda keyfiyyətli hesab etməmişəm. Həmin fikirlərin əsaslı təhlillərə əsaslanmasına da inanmıram. Ortada bununla bağlı elmi məqalə yoxdur. Bizim işimiz elmə inanmaqdır.
Bu il həm bakalavr, həm də magistr səviyyəsində maksimal sayda insanın tələbə adını qazanması, qəbul planlarının 90 faizdən çox yerinə yetirilməsi təhsil üçün yaxşı xəbərdir”.(qafqazinfo)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin