Şəhidin yoldaşı qaynı tərəfindən qətlə yetirildi

18:21 - 13 May 2023

Şəhidin yoldaşı qaynı tərəfindən qətlə yetirildi

Xızıda qadın öz qaynı tərəfindən qətlə yetirilib.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün saat 17:00 radələrində rayonun Giləzi qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.

Əldə etdiyimiz məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin