Türkiyəyə “dostluq əli” uzadacağıq – Yunanıstanın Baş Naziri

16:56 - 12 May 2023

Türkiyəyə “dostluq əli” uzadacağıq – Yunanıstanın Baş Naziri

Yunanıstan baş naziri Kiriakos Mitsotakis seçkidə qalib gələcəyi təqdirdə Türkiyəyə dostluq əlini uzadacağını bəyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yunanıstanda seçkilər mayın 21-də keçiriləcək. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis seçkidə qalib gələcəyi təqdirdə Türkiyədəki seçkidə qalib gələn administrasiyaya “dostluq əli” uzadacağını bəyan edib. O, Türkiyədə seçkidə kimin qalib olmasından asılı olmayaraq dialoqa açıq olduqlarını qeyd edib.

Yunanıstanın baş naziri, iki ölkə arasında münasibətlərin inkişafı üçün fəlakət gözləmək lazım olmadığı barədə bəyanatlarını təkrarlayıb.

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin