Brilliant Dadaşova Covid-19-a yoluxdu: Üsyan etdi -"O həkimləri evdən qovun"

13:19 - 7 Sentyabr 2021

Brilliant Dadaşova Covid-19-a yoluxdu: Üsyan etdi -

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

 

Manset.az xəbər verir ki, bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:

"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Dadaşova deyib ki, Covid-19-a yoluxanda depressiyaya düşüb:

"Əvvəl kimsə depressiyaya düşəndə deyirdim musiqi dinləyin. Necə insan depressiyaya düşə bilər? Amma indi özüm gördüm. 12 gün hərarət olar? Burda depressiyaya düşməmək mümkün deyil. Heç nə istəmirsən".///axsam.az


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin