"Kiminləsə quda ola bilərəm, ancaq bu toy demək deyil" - Səməd Seyidov

22:23 - 18 İyun 2021

"Bu gün bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, xeyrbu doğru deyil."

Bunu Manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib. O daha sonra yayılan məlumatla bağlı bunları deyib:

" Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib zaks ediblər, ancaq toy məclisi keçirilməyib."

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov  “EFES Elçin” kimi tanınan  iş adamı, “CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı  ilə nikaha daxil olub.  Yayılan məlumatda bu gün cütlüyün Bakıda toy mərasiminin keçirildiyi bildirilirdi.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin