Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin Fransa parlamentinin Vaqneri terror təşkilatı elan etməsinə sərt reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Priqojin Fransa prezidenti Emmanuel Makronu hədələyib.
Fransa parlamentinin Vaqneri terror təşkilatı elan etməsindən danışan Priqojin Vaqnerin Mərkəzi Afrikadakı insanları fransız əsgərlərinin əlindən xilas etdiyini bildirib.
Priqojin, " O pis ağızlardan kəlbətinlə çürük dişləri sökərik. Makronun dişlərini və ümumiyyətlə “Wagner” haqqında pis danışan kəsin dişlərini sökərik" – deyib.
Manşet.az