Rövşən Lənkəranskinin "sağ əli" "Rufo Gəncinski" azadlığa çıxdı - KRİMİNAL ALƏMDƏ ÇAXNAŞMA

10:33 - 7 Sentyabr 2021

Rövşən Lənkəranskinin

Azərbaycanlı qanuni oğru “Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev dünən Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb.

Manset.az xəbər verir ki, 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb və kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Əldə etdiyimiz məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan “Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib.

Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan “Rufo Gəncinski”nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır.(“Kriminalqafqaz”)

"Rufo Gəncinski"nin 2013-cü ildə Rusiyada saxlanılma anı:

 

Manset.az sonda "Rufo Gəncinski"nin dosyesini təqdim edir:

Ülfət Tağıyev 1981-ci ildə aprelin 12-də Gəncə şəhərində anadan olub. Gənc yaşlarından kriminal aləmə meyl edib. Yetkinlik yaşına çatmamış artıq məhkumluq həyatı yaşayıb. Daha sonra azadlığa çıxsa da yenidən cinayət törədərək həbsə düşüb. Qobustanda cəza çəkən Ülfət Tağıyevin burada həyatı dəyişib. Belə ki, Rövşən Lənkəranski ilə tanışlığı yaranıb. Həmçinin "Kriti"də Rafiq Eyvazovla (Rafiq Masallinski) birlikdə "obşaka" baxıb.

Həbsdən çıxandan sonra Rövşən Lənkəranskinin yanına gedib. Hacı Beyləqanski ilə birlikdə Rövşənin “sağ əli”nə çevrilib. Bir çox qətl hadisələrində Ülfət Tağıyevin adı keçir. Məhz əfsanəvi Aslan Usayanın (Ded Xasan) qətlində də Ülfət Tağıyevin imzası olduğu qeyd edilir. Bildirilir ki, Rövşənin sifarişi ilə Ülfət Tağıyev “Ded Xasan”ı öldürüb.

Rövşən Lənkəranski Ülfət və Hacıbabanın xidmətlərinə görə, 26 qanuni oğru ilə birlikdə 2012-ci ildə Dubayda keçirilən “sxodka”da onlar taclandırılıb. 2012-ci ildən istər Rövşən Lənkəranski, istərsə də yaxın adamları Rusiya buraxılmırdı. Onların barələrində cinayət işləri mövcud idi. Lakin 2013-cü ildə "Rufo Gəncinski" gizli yollarla Rusiya ərazisinə daxil olur. Rusiya Xüsusi Xidmət orqanları tərəfindən Ülfət Tağıyev saxlanılıb. Onun saxlanması ilə bağlı videogörüntülər də yayılıb. 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin