Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət aldı

23:36 - 6 Sentyabr 2021

Salyanda yol qəzasında xarici ölkə vətəndaşı olmaqla, iki nəfər xəsarət aldı

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan TIR yük maşını qarşıda gedən “Zil” markalı maşınını vurub. Nəticədə “Zil” idarəetmədən çıxaraq, yolun kənarına aşıb. Hadisə zamanı biri İran vətəndaşı olmaqla, iki nəfər xəsarət alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Report


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin