Teymur Rəcəbov iranlı şahmatçıya qalib gəldi

21:55 - 18 İyun 2021

Teymur Rəcəbov iranlı şahmatçıya qalib gəldi

Parisdə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin ilk 3 turu keçirilib.

Manşet.az xəbər verir ki, şahmatçımız ilk qarşılaşmada Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Sonrakı görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzan T.Rəcəbov iranlı Alireza Firuzcaya qarşı keçirdiyi günün son qarşılaşmasını qələbə ilə başa vurub.

Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.

“Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik və Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.)


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin