Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
17 Aprel 2024
19:16 - 8 May 2023
Vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edən "Açıq mikrofon" aksiyası bu dəfə Hacıqabul rayonunda baş tutub.
Manset.az SOCAR "Azəriqaz" İB-nin yaydığı məlumata istinadən xəbər verir ki, Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Sakinlər mənzilə və fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, küçə qaz xəttinin çəkilməsi, uçotu pozulmuş təbii qazın dəyərinin hesablanması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Daxil olan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb və sakinlərə lazımi izahatlar verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin