Azərbaycanda bəzi deputatlara mənzil verildi
23 Noyabr 2024
21:34 - 18 İyun 2021
Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsinin imzalanması zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İrandan ibarət altılı platformadan danışarkən bir növ Rusiya Prezidenti V.Putinə xitabən belə bir fikir işlətdi:
“Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla (yəni İlham Əliyevlə - S.L.) birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin də eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək".
Bəs görəsən, Türkiyə Prezidentinin həmin çıxışında “Putin eyni qaydada bu cür fədakarlığa hazırdır” deyiminin siyasi-diplomatik açması nədir?
Manşet.az xəbər verir ki, bununla bağlı Moderator.az-a açıqlamasında politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev bunları söyləyib.
“Bu cümlənin açması ondan ibarətdir ki, birincisi, Ərdoğan Şuşaya NATO-nun Brüsseldəki toplantısından sonra gəldi. Bununla Türkiyə lideri diplomatik dillə söylədi ki, mən buraya NATO toplantısından gəldim. Bu, həm də o deməkdir ki, Ərdoğan Qarabağa başda ABŞ olmaqla NATO-dan dəstək aldıqdan sonra gəlib. Düzdü, Türkiyənin bu blokdakı son rolunu ümumi şəkildə yalnız Əfqanıstanda hava limanının qorunmasıyla bağladılar. Əslində isə hal-hazırda Türkiyə ABŞ-dan sonra ikinci hərbi gücə malik olduğuna görə NATO-nun sözçüsü statusundadır. Bir sözlə, bütün bunlar Rusiya liderinə bir mesajdır ki, gəl, normal dolanaq. Yəni sən bütün hər şeyi əlinə keçirməyə çalışma. Biz sənin ümumi siyasi maraqlarına hörmət edə bilərik, amma gəl, Azərbaycana, Qarabağa rəhbərlik etmək haqda düşünmə...”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin