Bakıda məğlub olmaq barədə düşünmürük

20:33 - 6 Sentyabr 2021

Bakıda məğlub olmaq barədə düşünmürük

Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Manşet.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar.

Azərbaycan millisi müdafiədə yaxşı oynayır. Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq.

Yalnız qələbə haqqında düşünürük. Qrupda mübarizə son turadək davam edəcək. Xal itirsək, qrupdan çıxmağı necə düşünə bilərik? Bakıda məğlub olmaq barədə fikirləşmirik. Qarşıda finala bərabər 4 oyunumuz var. Serbiya ilə noyabrın 14-dəki görüş həlledici olacaq.

Meydanda dinamik olmalıyıq. De Byazi Avropa çempionatına çıxardığı Albaniya millisinin sükanı arxasında heç vaxt böyük hesabla uduzmayıb. Ümid edirəm ki, sabah hər şey fərqli olacaq. Azərbaycan millisi asan komanda deyil. İlk matçda bizə necə çətinlik yaratdıqlarını gördük. Rəqibə imkan verməsək, qələbə qazana bilərik”.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin