Azərbaycanda kişi boşanma ərəfəsində 20 yaşlı arvadını öldürdü - VİDEO

09:52 - 5 May 2023

Azərbaycanda kişi boşanma ərəfəsində 20 yaşlı arvadını öldürdü - VİDEO

Tərtərdə 20 yaşlı qadın qətlə yetirilib. Qohumları bildiriblər ki, cütlük boşanmaq ərəfəsində imiş.

 

Manset.az xəbər verir ki, Tərtər rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı həyat yoldaşını kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin