Ağdaşda kanaldan meyitləri tapılan yeniyetmələrin intihar etdiyi məlum oldu

18:26 - 6 Sentyabr 2021

Ağdaşda kanaldan meyitləri tapılan yeniyetmələrin intihar etdiyi məlum oldu

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 2006-cı il təvəllüdlü Arifə Niftəliyeva və 2008-ci il təvəllüdlü Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Manşet.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin